Modern.az

Hikmət Hacıyev Qriqoryanla müzakirə aparacaq

Hikmət Hacıyev Qriqoryanla müzakirə aparacaq

Dünya

21 Aprel 2026, 10:48

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Yunanıstanda keçiriləcək iqtisadi forum çərçivəsində panel müzakirəsində iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat verib.

Panel müzakirəsi aprelin 22-də Yunanıstanın Delfi şəhərində keçiriləcək Delfi İqtisadi Forumunda baş tutacaq.

Forumda Hikmət Hacıyev və Armen Qriqoryanla yanaşı, Yunanıstan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tanos Dokos və Moldova Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Stanislav Sekryeru birlikdə "Strateji ayırıcı xətlər: Avropanın Şərq qonşuluğunda münaqişələrin həlli və dayanıqlığın gücləndirilməsi" panel müzakirəsində iştirak edəcək.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!