Modern.az

Milyarder nazirin istefa səbəbi açıqlandı

Milyarder nazirin istefa səbəbi açıqlandı

Dünya

Bu gün, 16:22

Trampa yaxın milyarder, ABŞ Hərbi Dəniz Qüvvələri naziri Con Felan ötən gün vəzifəsindən kənarlaşdırılmışdı.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, nazirin istefası İran hadisələri ilə birbaşa bağlıdır.

Belə ki, Vaşinqton İranın dəniz blokadasını tətbiq etmək üçün Hərbi Dəniz Qüvvələrinə güvənir və Prezident Donald Tramp bunun İslam Respublikasını iqtisadi cəhətdən sarsıdacağına və onun şərtləri ilə sülh müqaviləsini qəbul etməyə məcbur edəcəyinə ümid edirdi.

Mənbələr bildirib ki, təyinatından əvvəl heç bir hərbi təcrübəsi olmayan, lakin Trampa yaxın hesab edilən milyarder Felanın vəzifədən azad edilməsinin səbəblərindən biri gəmiqayırma sahəsində tələb olunan islahatların yavaş tempi, eləcə də Müdafiə Nazirliyinin rəhbərləri ilə münaqişə olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!