Modern.az

Mərkəzi Bank inflyasiya rəqəmlərini qəsdən az göstərir 

Mərkəzi Bank inflyasiya rəqəmlərini qəsdən az göstərir 

Dünya

Bu gün, 16:30

Rusiya iqtisadiyyatının real vəziyyətinin rəsmi statistik göstəricilərdən daha ağır olduğu iddia edilir.

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzetinə 20 apreldə dərc olunan müsahibəsində İsveçin Hərbi Kəşfiyyat Xidmətinin rəhbəri Thomas Nilsson danışıb.

Kəşfiyyat məlumatlarına istinad edən Nilsson bildirib ki, Rusiyada inflyasiya səviyyəsi rəsmi qurumların açıqladığı 5,86 faiz deyil, təxminən 15 faizə yaxın ola bilər. Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankı tərəfindən təqdim olunan göstəricilər reallığı tam əks etdirmir.

O, həmçinin dövlət büdcəsindəki kəsirin də az göstərildiyini vurğulayıb. Qiymətləndirməyə görə, faktiki kəsir rəsmi rəqəmlərdən təxminən 30 milyard ABŞ dolları çox ola bilər.

Müsahibədə bank sektorunda mümkün böhran risklərinə də diqqət çəkilib.

Nilssonun fikrincə, Rusiya iqtisadiyyatı ya uzunmüddətli tənəzzül mərhələsinə daxil olur, ya da daha kəskin maliyyə böhranı ilə üzləşə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?