Modern.az

Müharibə başlasa, bu gözəllik məhv olacaq - FOTOLAR

Müharibə başlasa, bu gözəllik məhv olacaq - FOTOLAR

Dünya

Bu gün, 10:11

Hörmüz adasında yerləşən “Majara Residence” çoxfunksiyalı turizm kompleksi regionda artan gərginlik fonunda yenidən diqqət mərkəzinə düşüb.

Modern.az xəbər verir ki, layihə "ZAV Architects" tərəfindən hazırlanıb.

Strateji əhəmiyyətə malik Hörmüz boğazında yerləşən ada uzun illər həm neft daşımalarının əsas nöqtəsi, həm də hərbi qarşıdurma risklərinin yüksək olduğu ərazi kimi tanınır.

Məhz bu şəraitdə həyata keçirilən “Majara Residence” layihəsi qeyri-qanuni neft fəaliyyətinə alternativ olaraq turizm və icma əsaslı inkişaf modeli təqdim edir. Yerli materiallarla və “superadobe” texnologiyası ilə inşa olunan rəngarəng günbəzlər kompleksi həm sosial, həm də iqtisadi dəyişiklik üçün nümunə kimi göstərilir.

Qeyd edək ki, layihə daha əvvəl Ağa Xan Memarlıq Mükafatı çərçivəsində mükafatlandırılıb.

1514786

1514788

1514789

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!