Modern.az

Rusiya Dnepri vurdu - Yaralıların sayı artır

Rusiya Dnepri vurdu - Yaralıların sayı artır

Dünya

25 Aprel 2026, 18:40

Rusiyanın Dnepr şəhərinə həyata keçirdiyi hücumlar nəticəsində yaralananların sayı 40-ı keçib.

Modern.az xəbər verir ki, bu barədə Volodimir Zelenski sosial şəbəkədəki “X” hesabında paylaşım edib.

Prezident qeyd edib ki, hücuma məruz qalan ərazilərdə axtarış-xilasetmə işləri hazırda da davam edir.

Məlumata əsasən, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 2 nəfərin isə taleyi hələ də naməlum olaraq qalır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ