Modern.az

İran təzyiq altında danışıqlara getməyəcək - Pezeşkian

İran təzyiq altında danışıqlara getməyəcək - Pezeşkian

Dünya

Bu gün, 10:04

İran prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə söhbətində Tehranın təzyiq, təhdid və ya Hörmüz boğazının blokadası altında sülh danışıqlarında iştirak etməyəcəyini bildirib.

Modern.az bu barədə İran mediasına istinadən xəbər verir.

"Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı prezident Pezeşkian İranın təzyiq, təhdid və ya blokada altında danışıqlara girməyəcəyini təsdiqləyib", - məlumatda deyilir.

İran prezidenti ABŞ ilə dialoqu bərpa etmək üçün bütün maneələri, o cümlədən Hörmüz boğazının blokadasını aradan qaldırmağı tövsiyə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək