Modern.az

Ukrayna dronları Rusiyanın helikopterlərinə zərbə endirdi

Ukrayna dronları Rusiyanın helikopterlərinə zərbə endirdi

Dünya

Bu gün, 04:04

Ukrayna hərbçiləri pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın Voronej vilayətində yerləşdirilmiş “Mi-28” və “Mi-17” döyüş helikopterlərinə zərbə endirib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdin məlumat yayıb.

Onun sözlərinə görə, zərbə 4 ədəd “Mi-28” və “Mi-17” helikopterinin yerləşdiyi eniş-qalxış meydançasına endirilib.

Pilotsuz Sistemlər Qüvvələrinin bölmələri Rusiyanın Voronej vilayətində, təmas xəttindən 150 kilometr məsafədə yerləşən ərazidə iki “Mi-28” və “Mi-17” helikopterini vurub. Həmin ərazidə helikopterlər yanacaqla təmin olunur, həmçinin uçuşlararası texniki baxış keçirilirdi. Zərbələr əsas pərləri yan keçərək mühərrik bölməsinin arxa mərkəzi hissəsinə endirilib”, – deyə komandan dəqiqləşdirib.

Hücum nəticəsində helikopterlərə xidmət göstərən mütəxəssislərdən azı biri həlak olub.

Qeyd edək ki, Rusiyanın “Mi-28” zərbə helikopteri zirehli texnikanın, canlı qüvvənin və aşağı hündürlükdə uçan hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub. O top silahları və idarəolunan raketlərlə təchiz edilib, həmçinin günün istənilən vaxtında və mürəkkəb hava şəraitində tapşırıqları yerinə yetirə bilir.

“Mi-28” helikopterlərindən Rusiya qoşunları döyüş əməliyyatları zamanı, o cümlədən quru əməliyyatlarına dəstək məqsədilə fəal istifadə edir. “Mi-17” nəqliyyat helikopteri isə şəxsi heyətin və yüklərin daşınması, həmçinin təxliyə əməliyyatlarının icrası üçün istifadə olunur.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu