Ermənistan hələ də “bir əldə iki qarpız tutmaq” siyasətini davam etdirir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
O, Rusiya-Ermənistan münasibətlərinin inkişafına mənfi təsir göstərdiyini deyib.
“Belə vəziyyətdə nə qədər müddət qalmağın mümkün olduğunu bilmirəm. Amma bütün bunlar, əlbəttə ki, həm Rusiya, həm də Ermənistan üçün faydalı olan ikitərəfli münasibətlərimizin inkişafına zərər vurur”, – deyə Uşakov bildirib.
O, həmçinin Rusiya ilə Ermənistan arasında iqtisadi əməkdaşlığın əlverişli səviyyədə olduğunu vurğulayıb. Uşakov qeyd edib ki, bu vəziyyətə Ermənistanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığı da təsir göstərir.
Rusiya rəsmisinin sözlərinə görə, iki ölkə arasında iqtisadi münasibətlər hazırda müsbət dinamika nümayiş etdirir.