Ermənistan Baş naziri Nikol Paşinyan 9 May Günü ilə əlaqədar Zəngəzurun Meğri şəhərində olub.
Modern.az xəbər verir ki, Paşinyan Meğri şəhərinin sakinləri qarşısında çıxış edib.
"Son 9 ay ərzində Meğridə daşınmaz əmlak qiymətlərinin artımı ilə bağlı verdiyim suala cavabında yerli icra başçısı dedi ki, qiymətlər iki dəfə yüksəlib. Bu artım Meğri sakinlərinin sülhə inamını və regionun iqtisadi cəlbediciliyinin gücləndiyini göstərir. Bu o deməkdir ki, Meğri təkcə sülhə inanmır, həm də "Sülhün kəsişmə nöqtəsi" kimi formalaşır. Bu isə Ermənistanın özü üçün də ‘Sülhün kəsişmə nöqtəsi’ deməkdir”.
Paşinyan həmçinin Meğrinin gələcəkdə daha da cazibədar olacağını bildirib və ilin sonunadək dəmir yolu layihəsi ilə bağlı konkret addımların atılacağını vurğulayıb. Onun sözlərinə görə, bu layihə bölgədə yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək