İran Hörmüz boğazında əməliyyat nəzarəti zonasını əhəmiyyətli dərəcədə genişləndirib.
Modern.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu-nun kontr-admiralı Məhəmməd Əkbərzadə məlumat verib.
Onun sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələrinin təsir zonası 10 dəfə artırılıb. Əgər əvvəllər əməliyyat nəzarəti yalnız Hörmüz adası ilə Həngam adası arasındakı 30 millik dar sahə ilə məhdudlaşırdısa, indi İran boğazın sərhədlərini 200-300 milədək genişləndirib.
Yeni nəzarət zonasının Cask şəhərindən Siri adasına və daha sonra qərb istiqamətinə qədər olan akvatoriyanı əhatə etdiyi bildirilib.