ABŞ Prezidenti Donald Trump Çin lideri Si Cinpini sentyabr ayında Ağ Evə rəsmi səfərə dəvət edib.
Modern.az xəbər verir ki, bu barədə Al Jazeera məlumat yayıb.
Məlumata görə, Tramp Vaşinqtonda keçiriləcək növbəti yüksək səviyyəli görüş üçün konkret tarix də açıqlayıb. ABŞ prezidenti görüşün sentyabrın 24-də baş tutmasını təklif edib.
Tramp eyni zamanda Çin liderinin xanımı Pen Liyuanı da səfər zamanı Si Cinpini müşayiət etməyə dəvət edib.