İsrailin Baş naziri Benjamin Netanyahu ölkəsini “böyük dünya gücü”nə çevirmək niyyətində olduqlarını açıqlayıb.
Modern.az xəbər verir ki, Netanyahu çıxışı zamanı İsrailin artıq “kiçik fövqəldövlət” kimi qiymətləndirildiyini bildirib.
“Rusiyada bir mütəfəkkirin dediyi kimi, İsrail dövləti fövqəldövlətdir. Kiçik, amma fövqəldövlətdir, kiçik dünya dövlətidir. Biz isə bütün bu sahələrdə böyük dünya dövlətinə çevrilməyi planlaşdırırıq”, - deyə o vurğulayıb.