ABŞ Prezidenti Donald Tramp Çinə səfəri çərçivəsində keçirilən rəsmi qəbul zamanı ABŞ və Çin arasında münasibətlərin əhəmiyyətindən danışıb.
Modern.az xəbər verir ki, Tramp çıxışında iki xalq arasında “dərin və davamlı əlaqələrin” olduğunu bildirib.
“ABŞ və Çin xalqlarını çox xüsusi münasibətlər birləşdirir”, - deyə o vurğulayıb.
ABŞ prezidenti Çin nümayəndə heyəti ilə keçirilən görüşləri də yüksək qiymətləndirib.
“Bu gün Çin nümayəndə heyəti ilə son dərəcə müsbət və məhsuldar müzakirələr və görüşlər keçirdik”, - Tramp qeyd edib.
O bildirib ki, ABŞ və Çin xalqlarının bir çox ortaq dəyərləri var:
“Biz zəhməti qiymətləndiririk. Cəsarətə və nailiyyətlərə dəyər veririk. Ailələrimizi və ölkələrimizi sevirik”.
Trampın sözlərinə görə, bu dəyərlər əsasında tərəflər gələcəkdə daha böyük rifah, əməkdaşlıq və sülh qurmaq imkanına malikdirlər.