Modern.az

Hörmüzdə ABŞ hərbi helikopteri suya düşdü

Hörmüzdə ABŞ hərbi helikopteri suya düşdü

Dünya

Bu gün, 09:10

ABŞ-a məxsus AH-64 “Apache” döyüş helikopteri Hörmüz boğazı bölgəsində qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə The New York Times nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə iyunun 8-də baş verib. Qəza nəticəsində helikopterdə olan iki ekipaj üzvü xilas edilib.

Mənbələrin bildirdiyinə görə, insidentin səbəbləri hələlik müəyyən edilməyib və araşdırma aparılır.

The New York Times qeyd edir ki, əgər məlumat təsdiqlənərsə, bu, fevralın 28-də hərbi əməliyyatların başlanmasından sonra ABŞ-ın AH-64 “Apache” tipli helikopterinin ilk itkisi ola bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!