Modern.az

Cavabımız sərt olacaq - İran rəsmisi

Cavabımız sərt olacaq - İran rəsmisi

Dünya

27 İyun 2026, 23:29

ABŞ-nin regiondakı proksi qüvvələrinin fəaliyyətinə dəstək verməsi anlaşma memorandumunun birinci maddəsinin, Hörmüz boğazında gərginliyi davam etdirməsi isə beşinci maddəsinin pozulması kimi qiymətləndirilib.

Modern.az xəbər verir ki, bu barədə İranın ali liderinin hərbi müşaviri Möhsün Rzayi X sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, anlaşma memorandumunun hər hansı bəndinin pozulmasına veriləcək cavab operativ və qəti olacaq.

Xatırladaq ki, ötən gecə ABŞ və İran qarşılıqlı zərbələr endirib. Bundan əlavə, bir müddət əvvəl Tehranda partlayışların baş verməsi ilə bağlı məlumatlar yayılsa da, hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!