Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbərliyi, eləcə də bir qrup erməni iş adamı Türkiyənin Van Ticarət və Sənaye Palatasına səfər edib.
Modern.az xəbər verir ki, bu barədə "Ermenihaber" məlumat yayıb.
Bildirilib ki, səfər "Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstək: transsərhəd əlaqələrin gücləndirilməsi" layihəsi çərçivəsində həyata keçirilib.
Məlumata görə, bu, tərəflər arasında 2019-cu ildə Ermənistanda keçirilən görüşdən sonra baş tutan ilk qarşılıqlı səfərdir.
Görüş zamanı Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinin açılması perspektivləri, eləcə də Van Ticarət və Sənaye Palatasının bu prosesdə oynaya biləcəyi rol müzakirə olunub.