Modern.az

Ukraynanın PUA-sı Türkiyəyə düşdü

Ukraynanın PUA-sı Türkiyəyə düşdü

Dünya

1 İyul 2026, 21:29

Türkiyənin Trabzon şəhərində Ukraynaya məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Məlumata görə, PUA Vakfıkebir rayonunda ağaca çırpıldıqdan sonra sıradan çıxıb. Hadisə yerinə cəlb olunan mütəxəssislər aparatın üzərində apardıqları yoxlama zamanı onun 5 kiloqram partlayıcı maddə ilə təchiz edildiyini müəyyən ediblər.

 

Faktla bağlı Türkiyənin hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi