Modern.az

OpenAI Tramp administrasiyasına səhmlərinin 5%-ni verməyi təklif edir

OpenAI Tramp administrasiyasına səhmlərinin 5%-ni verməyi təklif edir

Dünya

Bu gün, 11:53

OpenAI Tramp administrasiyasına səhmlərinin 5%-ni verməyi təklif edir

ABŞ-ın süni intellekt şirkəti OpenAI administrasiya ilə münasibətləri gücləndirmək məqsədilə hökumətə səhmlərinin bir hissəsinin verilməsini müzakirə edir.

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Məlumata görə, OpenAI ABŞ hökumətinə şirkətin 5 faiz səhminin verilməsi ilə bağlı ilkin müzakirələrə başlayıb. Hazırda təxminən 852 milyard dollar dəyərində qiymətləndirilən şirkət bununla siyasi maneələri aradan qaldırmağı və ABŞ Prezidenti Donald Trampın administrasiyasının dəstəyini qazanmağı hədəfləyir.

OpenAI-nin baş direktoru Sam Altman hesab edir ki, süni intellekt sahəsində yaranan iqtisadi faydaların cəmiyyətlə bölüşdürülməsinin ən effektiv yolu ictimaiyyətin şirkətlərdə maliyyə payına sahib olmasıdır.

Məlumata əsasən, OpenAI bu modelin digər ABŞ süni intellekt şirkətləri tərəfindən də tətbiq edilməsini istəyir. Potensial iştirakçılar sırasında Anthropic, Google və Meta kimi texnologiya nəhənglərinin də adı çəkilir. Lakin həmin şirkətlərin bu təşəbbüsə qoşulub-qoşulmayacağı hələlik məlum deyil.

Nəşr qeyd edir ki, hökumətə səhmdarlıq payının təqdim edilməsi həm administrasiya ilə münasibətlərin möhkəmləndirilməsinə, həm də süni intellekt texnologiyalarından əldə olunan gəlirlərin daha geniş ictimai təbəqələrlə bölüşdürülməsi hesabına siyasi narazılıqların yumşaldılmasına xidmət edə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada