Modern.az

Qərbi Azərbaycan vilayətində döyüş - 6 nəfər öldürüldü

Qərbi Azərbaycan vilayətində döyüş - 6 nəfər öldürüldü

Dünya

Bu gün, 15:37

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) döyüşçüləri İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətində bir qrup silahlını zərərsizləşdiriblər.

Modern.az İRİB agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın "Həmzə Seyid əş-Şühəda" bazasındakı quru qoşunları qərargahının bəyanatına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, SEPAH Mahabad və Piranşəhr rayonlarının yüksəkliklərində pusqu qurub. Artilleriya dəstəyinin də tətbiq olunduğu atışma nəticəsində 6 nəfərdən ibarət silahlı qrup məhv edilib. Döyüşdə həmçinin silah və sursatlar qənimət götürülüb.

Bundan əvvəl, elə həmin gün ölkənin qərbində yerləşən Kirmanşah vilayətinin Pave şəhərində silahlıların hücumu nəticəsində iki SEPAH üzvünün həlak olduğu, daha ikisinin isə yaralandığı məlum olub. İranın hərbi qanadı baş verən hadisəni terror aktı kimi xarakterizə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada