Ermənistan Silahlı Qüvvələrində kadr dəyişiklikləri, yeni təyinatlar və vəzifədən azad edilmələr həyata keçirilib.
Modern.az xəbər verir ki, Ermənistan Prezidenti Vahan Xaçaturyan bununla bağlı müvafiq fərmanlar imzalayıb.
Fərmanlara əsasən:
- General-mayor Armen Gözəlyan Xüsusi Ordu Korpusunun komandiri vəzifəsindən azad edilib.
- Daha əvvəl 2-ci Ordu Korpusunun komandiri olmuş general-mayor Qaregin Poqosyan Xüsusi Ordu Korpusunun yeni komandiri təyin olunub.
- 3-cü Ordu Korpusunun komandiri vəzifəsindən azad edilən general-mayor Simon Nazaryan 2-ci Ordu Korpusunun komandiri təyin edilib.
- Levon Davidyan Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsindən azad olunub.
- Hamlet Levonyan Ermənistan Müdafiə Nazirliyinin Silahlanma və Texniki Təminat İdarəsinin rəisi vəzifəsindən azad olunub.
- General-mayor Albert Baqdadyan Ermənistanın müdafiə nazirinin müşaviri təyin edilib. Bununla bağlı müvafiq əmri Ermənistanın müdafiə naziri Suren Papikyan imzalayıb.
- General-mayor Armen Gözəlyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəis müavini təyin olunub.
Beləliklə, Ermənistan ordusunda bir neçə yüksək vəzifəli hərbçinin yeri dəyişdirilib və bəzi rəhbər şəxslər tutduqları vəzifələrdən uzaqlaşdırılıblar.
Prezidentin fərmanlarında kadr dəyişikliklərinin Baş nazirin təqdimatı əsasında həyata keçirldiyi qeyd olunub.