Modern.az

Rusiyanın 450 min, Ukraynanın 150 min hərbçisi həlak olub - ŞOK RƏQƏMLƏR

Rusiyanın 450 min, Ukraynanın 150 min hərbçisi həlak olub - ŞOK RƏQƏMLƏR

Dünya

Bu gün, 18:05

ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hazırladığı yeni hesabata əsasən, Ukraynada davam edən müharibədə hər iki tərəfin ümumi itkiləri 2 milyon nəfəri keçib.

Modern.az xəbər verir ki, araşdırmada ən ağır itkilərin Rusiya ordusunun payına düşdüyü bildirilir. Ekspertlərin hesablamalarına görə, indiyədək Rusiya Silahlı Qüvvələrinin ümumi itkiləri təxminən 1,4 milyon nəfər təşkil edib. Onlardan 400–450 min nəfərinin döyüşlərdə həlak olduğu qeyd olunur.

CSIS analitikləri Set C. Cons və Rayli Makkeyb bildirirlər ki, "İkinci Dünya müharibəsindən bəri heç bir böyük dövlət bir münaqişədə bu qədər ağır insan itkisi verməyib."

Hesabata əsasən, Ukrayna Silahlı Qüvvələrinin itkiləri 525–625 min nəfər arasında qiymətləndirilir. Onlardan 125–150 min nəfərinin həlak olduğu bildirilir.

Araşdırmada qeyd olunur ki, böyük itkilərə baxmayaraq, Rusiya hələ də cəbhədə həlledici hərbi irəliləyiş əldə edə bilməyib. Əksinə, analitiklər hesab edirlər ki, Rusiya ordusu imkanlarının həddinə getdikcə daha çox yaxınlaşır.

Ekspertlərin hesablamalarına görə, hazırda Rusiya hər ay 30–34 min hərbçi itirir, halbuki aylıq təxminən 27 min yeni hərbçi cəlb edə bilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada