Modern.az

Macarıstanda yeni konstitusiya hazırlanacaq

Macarıstanda yeni konstitusiya hazırlanacaq

Dünya

4 İyul 2026, 23:19

Macarıstanın Baş naziri Peter Madyar prezidentin vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan Konstitusiya dəyişiklikləri paketini parlamentə təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə Baş nazir videomüraciətində məlumat verib.

"Bu gün parlamentə təqdim olunan hər bir müddəanın əsas məqsədi odur ki, bir daha heç kim Macarıstan dövlətini girov vəziyyətinə sala bilməsin", – deyə Madyar bildirib.

Onun sözlərinə görə, ölkədə yeni Konstitusiya hazırlanacaq və sənədin payız aylarında ümumxalq referendumuna çıxarılması planlaşdırılır.

Təklif edilən dəyişikliklərə hazırkı prezident Tamaş Şuyokun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, parlament deputatlarının mandat müddətinin 3–4 illə məhdudlaşdırılması, eləcə də Konstitusiya Məhkəməsi hakimləri üçün 70 yaş həddinin müəyyən edilməsi daxildir.

Bundan başqa, layihədə məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, Dövlət Aktivlərinin Bərpası və Müdafiəsi Milli Ofisinin yaradılması, Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin genişləndirilməsi və dövlət institutları üzərində demokratik nəzarət mexanizmlərinin möhkəmləndirilməsi də nəzərdə tutulur.

Madyar bildirib ki, yeni prezident konstitusiya islahatları prosesi başa çatana qədər Macarıstan parlamenti tərəfindən beş ilədək müddətə seçiləcək. Onun sözlərinə görə, bu seçkinin cari ilin yayında keçirilməsi gözlənilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV