İsrail ordusunun mövcud döyüş sursatı ehtiyatlarının təxminən 10 gün ərzində tükənə biləcəyi iddia olunub.
Modern.az xəbər verir ki, bu fikri İsrailin sabiq müdafiə naziri və müxalif "Evimiz İsrail" partiyasının sədri Aviqdor Liberman səsləndirib.
Onun sözlərinə görə, hökumət əsas diqqətini seçki kampaniyasına yönəltdiyi halda, Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında mövqelərini möhkəmləndirir və raket istehsalını davam etdirir.
"10 gündən sonra ordunun döyüş sursatı qalmayacaq. HƏMAS-ın yenidən bərpası artıq başlayıb", – deyə Liberman bildirib.
Qeyd edək ki, İsraildə növbəti parlament seçkilərinin ən geci 2026-cı il oktyabrın 27-də keçirilməsi nəzərdə tutulur. Lakin hakim koalisiyada yaranmış fikir ayrılıqları səbəbindən parlamentin vaxtından əvvəl buraxılması prosesi başlayıb. Əgər parlament buraxılarsa, seçkilərin oktyabrın əvvəlində keçirilməsi mümkün ola bilər.