ABŞ Prezidenti Donald Trampın Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Donald Tramp NATO sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.
Bildirilir ki, ABŞ Prezidenti sammit çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə görüşəcək.
Görüşlərin gündəliyi və müzakirə olunacaq məsələlər barədə hələlik əlavə məlumat açıqlanmayıb.