Modern.az

İraqın 10 vilayətində Xameneiyə görə tətil elan edildi

İraqın 10 vilayətində Xameneiyə görə tətil elan edildi

Dünya

5 İyul 2026, 22:39

İraqın 10 vilayətində İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneinin vida mərasimləri ilə əlaqədar dövlət idarələrinin fəaliyyətini dayandırılacaq.

Modern.az xəbər verir ki, indiyədək Bağdad, Nəcəf, Kərbəla, Babil, Zi-Qar, Bəsrə, Meysan, Vasit, Müsənna və Divaniyyə vilayətləri çərşənbə günü rəsmi tətil elan etdiklərini bildiriblər. Tətilin məqsədi Xameneinin Nəcəf və Kərbəla şəhərlərində keçiriləcək dəfn və vida mərasimlərinə qoşulmaqdır.

Bununla bağlı Kərbəla Vilayət Şurasının sədri Qasim Əli əl-Yəsari bildirib ki, vilayətdə Ayətullah Xameneinin cənazəsini qarşılamaq üçün bütün zəruri hazırlıqlar başa çatdırılıb.

Bundan əvvəl Nəcəf vilayətinin Mərasimlər və Milyonluq Ziyarətlər İdarəsinin direktoru Heydər Kəbun açıqlamasında mərasimdə iştirak etmək üçün 60-dan çox ziyarətçi xidmət karvanının qeydiyyatdan keçdiyini bildirmişdi.

Daha əvvəl İraqın müxtəlif tayfaları və dini icmaları da bəyanatlar yayaraq xalqı çərşənbə günü müqəddəs Nəcəf və Kərbəla şəhərlərində keçiriləcək vida mərasimində kütləvi iştirak etməyə çağırmışdılar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV