Modern.az

Fransada 1500 hektar ərazi külə döndü 

Fransada 1500 hektar ərazi külə döndü 

Dünya

5 İyul 2026, 23:28

Fransanın cənub-qərbində yerləşən Şərqi Pireney departamentində baş verən iri meşə yanğını artıq 1 500 hektar ərazini əhatə edib.

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə departamentin prefekti Pyer Reno məlumat verib.

"Alov zolağının uzunluğu 18 kilometrdir. Yanğının söndürülməsi üçün quruda və havada böyük qüvvələr cəlb olunub", - deyə o, mətbuat konfransında bildirib.

Prefektin sözlərinə görə, yanğın Trivellaş kommunası yaxınlığında çox sürətlə yayılıb və təkcə bazar gününə keçən gecə 900 hektardan çox ərazi alovun təsiri altına düşüb.

Yanğının söndürülməsi işlərinə 700 yanğınsöndürən və xilasedici, 200 texnika, həmçinin doqquz təyyarə və helikopter cəlb edilib.

Hazırda güclü külək və ərazinin mürəkkəb relyefi səbəbindən alovun yayılmasının qarşısını tam şəkildə almaq mümkün olmayıb.

Prefekt günün sonunadək hakimiyyət orqanlarının çoxgünlük "Tur de Frans" velosiped yarışının mərhələlərindən birinin ləğvi ilə bağlı qərar qəbul edə biləcəyini də istisna etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV