Modern.az

Netanyahu: İsrailin ABŞ-dan başqa da dostları var

Netanyahu: İsrailin ABŞ-dan başqa da dostları var

Dünya

5 İyul 2026, 23:53

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ Prezidenti Donald Tramp İsrailin ən böyük dostudur, lakin ölkəsinin ABŞ-dan başqa da çoxsaylı tərəfdaşları var.

Modern.az xəbər verir ki, bu barədə Netanyahu "Fox News" telekanalına müsahibəsində deyib.

O, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İsrailin ABŞ-ı "yeganə güclü müttəfiqi" kimi görməli olduğu barədə fikirləri ilə tam razılaşmadığını bildirib.

"Mən Cey Di Vensə hörmət edirəm və münasibətlərimiz çox yaxşıdır. Amma bu, onun dediyi hər fikirlə razılaşdığım anlamına gəlmir. Donald Tramp Ağ Evdə gördüyüm ən böyük dostdur. Bununla yanaşı, bizim başqa dostlarımız da var. Məsələn, 1,4 milyard əhalisi olan Hindistan və orada böyük dəstək qazanmışıq", – deyə Netanyahu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV