Modern.az

Tsarukyanın evində axtarış aparılır

Tsarukyanın evində axtarış aparılır

Dünya

Bu gün, 09:11

Bu gün səhər tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın evində axtarış aparılır.

Modern.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” Partiyasının mətbuat katibi İveta Tonoyan özünün Facebook səhifəsində yazıb.

Qaqik Tsarukyanın evi ilə yanaşı, onun “Multi Vellness” idman kompleksində, həmçinin “Multi Group” konserninə daxil olan bir sıra müəssisələrində də axtarışlar aparılır.

Axtarışlar Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həyata keçirilir.

Bundan əvvəl prokurorluq Mərkəzi Seçki Komissiyasına Qaqik Tsarukyanın deputat toxunulmazlığının aradan qaldırılması ilə bağlı vəsatət təqdim edib, lakin həmin vəsatət hələ də müzakirə olunmayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV