Modern.az

Quterreş: Süni intellekt insanlar üzərində aparılan eksperimentdir

Quterreş: Süni intellekt insanlar üzərində aparılan eksperimentdir

Dünya

Bu gün, 13:50

Süni intellektin genişmiqyaslı tətbiqi cəmiyyət üzərində planlaşdırılmamış və insanların razılığı olmadan həyata keçirilən eksperiment xarakteri daşıyır. 

Modern.az xarici mediaya istinadla xəbər verir ki,bunu Cenevrədə keçirilən süni intellekt təhlükəsizliyi üzrə konfransda çıxışı zamanı BMT-nin Baş katibi Antonio Quterreş deyib. 

A.Quterreş süni intellekti dayanıqlı hesab etmədiyini bildirib:

“Cəmiyyətimiz üzərində plansız və icazəsiz eksperiment aparılır. Bu, nə dayanıqlıdır, nə də qəbulediləndir. Süni intellekt artıq dünyamızı dəyişdirir. Əsas sual budur: bu transformasiyanı birlikdə idarə edəcəyik, yoxsa onun bizi idarə etməsinə imkan verəcəyik?” 

A.Quterreş süni intellekt üzərində nəzarətin təmin olunması üçün müəyyən məhdudiyyətlərin və tənzimləmə mexanizmlərinin tətbiqinə çağırıb. Onun sözlərinə görə, bu qaydalar həm dövlətlər, həm də süni intellekt texnologiyalarını hazırlayan şirkətlər tərəfindən qəbul edilməlidir.

Baş katib vurğulayıb ki, süni intellektin inkişafı insanlığın maraqlarına xidmət etməli və bu proses üzərində effektiv nəzarət mexanizmləri formalaşdırılmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV