Hazırda İranın keçmiş ali lideri Ayətullah Seyid Əli Xameneinin Məşhəd şəhərində dəfn mərasimi keçirilir.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, mərasimə milyonlarla insan qatılıb.
Məşhəd şəhərində görünməmiş izdiham yaşanır...
***
İranın keçmiş ali lideri Ayətullah Seyid Əli Xameneinin cənazəsi İranın Məşhəd şəhərinə aparılıb.
Modern.az xəbər verir ki, bu barədə “Mehr” Agentliyinin məlumatında bildirilib.
Məşhəd şəhərində keçiriləcək dəfn mərasiminin yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 14:30-da) başlaması planlaşdırılır.
Bildirilir ki, Tehran, Qum, eləcə də İraqın Nəcəf və Kərbəla şəhərlərində Ayətullah Xamenei üçün keçirilən vida mərasimləri ABŞ və İsrailə qarşı nümayiş xarakteri daşıyıb.
Məlumata əsasən, Ayətullah Seyid Əli Xamenei bu gün Məşhəd şəhərində - İmam Rza ziyarətgahında torpağa tapşırılacaq.
Ayətullah Seyid Əli Xamenei bu il fevralın 28-də ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülüb.