ABŞ administrasiyası İranla gərginliyin azaldılması məqsədilə pərdəarxası diplomatik danışıqlar aparır.
Modern.az xəbər verir ki, bu barədə CNN amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ağ Ev mümkün təzyiq vasitəsi kimi hədəflər siyahısını qüvvədə saxlayır və zərurət yaranacağı təqdirdə yaxın saatlarda yeni zərbələr endirməyə hazırdır. Bununla belə, hazırda Vaşinqtonun əsas prioriteti diplomatik həll yollarının tapılmasıdır.
CNN-in müxbiri Pamela Braunun məlumatına görə, ABŞ İranla bağlı hərbi əməliyyatlarda eskalasiyanın qarşısını almaq və diplomatik səylərə imkan yaratmaq üçün müəyyən fasilələr strategiyasından istifadə edir.
Ağ Evdəki mənbə bildirib ki, Vaşinqton daha əvvəl də "zərbə endirmək və sonra dayanmaq" taktikasına müraciət edib.