ABŞ Prezidenti Donald Tramp Yəməndəki husilərin gəmilərə yeni hücumlarının təkrarlanacağı təqdirdə məsuliyyətin birbaşa İranın üzərinə qoyulacağını bildirib.
Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, bir il əvvəl ABŞ husilərin beynəlxalq ticarətə mane olan gəmi hücumlarına cavab olaraq onlara güclü zərbələr endirib və bundan sonra qruplaşma müəyyən müddət ərzində daha ehtiyatlı davranıb.
ABŞ Prezidenti iddia edib ki, husilər ötən axşam iki Səudiyyə Ərəbistanı gəmisini atəşə tutaraq yenidən hücumlara başlayıblar.
“Bu, son xəbərdarlıqdır. Əgər belə hücumlar yenidən baş verərsə, ABŞ buna görə İranı məsul tutacaq. Çünki husilər İranın proksi qüvvəsidir. Belə olan halda həm İrana, həm də husilərə qarşı sərt hərbi cavab veriləcək”, – deyə Tramp vurğulayıb.
O, həmçinin əlavə edib ki, husilərin əvvəlki davranışını “peşəkar və ağıllı” adlandırsa da, son hücumlardan məyus olduğunu qeyd edib.