Modern.az

ABŞ ilə İsrail Xameneinin yerini müəyyənləşdirir

ABŞ ilə İsrail Xameneinin yerini müəyyənləşdirir

Dünya

Bu gün, 19:20

ABŞ ilə İsrailin kəşfiyyat xidmətləri İranın yeni Ali Lideri Müctəba Xameneinin yerini müəyyənləşdirmək məqsədilə məxfi əməliyyat həyata keçirir.

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, əməliyyat artıq bir müddətdir davam edir. Bildirilir ki, məqsəd Müctəba Xameneini zərərsizləşdirmək deyil, onun sağ olub-olmadığını, harada və hansı vəziyyətdə olduğunu müəyyən etməkdir.

"The Times" qeyd edir ki, bu məlumat kəşfiyyat mənbələrinə istinadən verilib.

ABŞ, İsrail və İran rəsmiləri isə bununla bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Sizə yeni x var
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?