Modern.az

Tramp Ukrayna ilə bağlı verdiyi vədi tutmadı

Tramp Ukrayna ilə bağlı verdiyi vədi tutmadı

Dünya

Bu gün, 14:30

ABŞ Prezidenti Donald Tramp Ukraynaya "Patriot" zenit-raket komplekslərinin istehsal hüququnun verilməsindən imtina edib.

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp iyulun əvvəlində Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziyaların verilməsi ilə bağlı verdiyi vədi faktiki olaraq geri götürüb.

Cümə günü Nazirlər Kabinetinin üzvləri ilə keçirilən görüşdə bu məsələ ilə bağlı suala cavab verən ABŞ Prezidenti bildirib:

"Biz buna razılaşmamışıq".

Tramp qərarını müdafiə texnologiyalarının ötürülməsinin riskli olması ilə əsaslandırıb.

"Belə texnologiyaları vermək çətindir. Çünki onları verdiyiniz şəxslər nə vaxtsa sizə qarşı da çıxa bilərlər".

The New York Times xatırladır ki, ABŞ 1970-ci illərdə İran şahı hakimiyyətdə olarkən bu ölkəyə silah satmışdı. Lakin sonradan baş verən İslam İnqilabından sonra həmin silahlar Vaşinqton üçün təhlükə faktoruna çevrilmişdi. Nəşrin qeyd etdiyi kimi, ABŞ və İran arasında baş vermiş son qarşıdurma zamanı Amerika qüvvələri vaxtilə İrana satılmış ABŞ istehsalı olan son qırıcıları da məhv edib.

Qəzetin məlumatına görə, Ukraynada "Patriot" raketlərinin istehsalının təşkili ABŞ-ın müdafiə texnologiyalarına dair məxfi məlumatların açıqlanmasını və Raytheon ilə Lockheed Martin kimi şirkətlərin Ukrayna ilə sıx əməkdaşlığını tələb edərdi.

Bundan əlavə, belə istehsalın qurulmasının aylar, hətta illər çəkə biləcəyi, Ukraynada yaradılacaq istehsal müəssisələrinin isə Rusiya üçün prioritet hədəfə çevriləcəyi vurğulanır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var