Modern.az

Rusiya ilə Ukrayna arasında yeni danışıq cəhdi olacaq - Rubio

Rusiya ilə Ukrayna arasında yeni danışıq cəhdi olacaq - Rubio

Dünya

Bu gün, 14:47

ABŞ dövlət katibi Marko Rubio yaxın həftələrdə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bərpası istiqamətində yeni cəhdlərin ediləcəyini bildirib.

Modern.az xəbər verir ki, o, bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

Rubionun sözlərinə görə, Vaşinqton qarşıdakı həftələrdə müharibənin dayandırılması üçün danışıqlar prosesini yenidən aktivləşdirməyə çalışacaq.

"Yaxın bir neçə həftə ərzində Rusiya və Ukrayna arasında danışıqların bərpasına və bu müharibənin başa çatdırılmasına yönəlmiş müəyyən səylərin şahidi olacağıq".

ABŞ dövlət katibi qeyd edib ki, hər iki tərəfin prinsipial mövqeləri hələ də ciddi şəkildə fərqlənir.

"Biz anlayırıq ki, hər iki tərəfin müəyyən prinsipial mövqeləri var. Bu mövqeləri yaxınlaşdıra bilməyincə, istədiyimiz nəticəyə nail olmaq mümkün olmayacaq".

Rubio əlavə edib ki, məhz bu fikir ayrılıqlarının aradan qaldırılması sülh danışıqlarının əsas çətinliyidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var