ABŞ Müdafiə Nazirliyi ölkədə sursat çatışmazlığı məsələsini müzakirə etmək üçün təcili iclas keçirəcək. Qərarın Prezident Donald Trampın Pentaqon rəsmisinə zəngindən sonra verildiyi bildirilir.
Modern.az xəbər verir ki, bu barədə NBC News mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyində təchizat məsələlərinə cavabdeh olan nazir müavini Stiven Faynberq hərbi və müdafiə satınalmaları üzrə yüksək vəzifəli şəxsləri cümə günü axşam keçiriləcək görüşə çağırıb.
İclasın məqsədi ABŞ ordusundakı sursat çatışmazlığına operativ reaksiya yollarının müzakirəsidir.
NBC News bildirir ki, Faynberqin bu addımı Prezident Donald Trampdan narazılıq dolu telefon zəngi almasından sonra atılıb.
Daha əvvəl "The Washington Post" yazmışdı ki, Tramp Pentaqon rəhbəri Pit Heqsetə ABŞ-ın İranla mümkün hərbi qarşıdurmasında əməliyyat imkanlarını məhdudlaşdıra biləcək sursat çatışmazlığı ilə bağlı narazılığını bildirib.
CNN isə avqustun 4-də məlumat yayıb ki, ABŞ-ın İranla münaqişə zamanı ballistik raketlərin yüksək hündürlükdə məhv edilməsi üçün nəzərdə tutulan THAAD sisteminin raket ehtiyatlarının 80 faizə qədərini istifadə etdiyi iddia olunur.
Pit Heqset isə bu məlumatları tənqid edərək onları yalan adlandırıb.