Modern.az

İran ABŞ bazalarına zərbələrin təfərrüatını açıqlayıb

İran ABŞ bazalarına zərbələrin təfərrüatını açıqlayıb

Dünya

6 Avqust 2026, 13:58

İran ordusunun Hərbi Hava Qüvvələrinin koordinator müavini ABŞ hərbi bazalarına endirilən zərbələrin necə həyata keçirildiyi barədə yeni məlumatlar açıqlayıb.

Modern.az xəbər verir ki, o bildirib ki, əməliyyat zamanı iranlı pilotlar GPSinersial naviqasiya sistemlərindən (INS) istifadə etməyiblər.

Onun sözlərinə görə, pilotlar yalnız xəritələr və ən sadə naviqasiya vasitələri ilə istiqamət götürüblər. Əməliyyat zamanı radioəlaqə də daxil olmaqla heç bir siqnal ötürülməyib.

İranlı hərbi rəsmisi iddia edib ki, elektromaqnit siqnallarının yayılmaması əməliyyatın gizli şəkildə həyata keçirilməsinə imkan verib.

"Qarşı tərəf Hərbi Hava Qüvvələrinin belə bir əməliyyata cəsarət edəcəyini gözləmirdi", – deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı