Ukrayna Prezidenti Volodimir Zelenski və Finlandiya Prezidenti Aleksandr Stubb iki ölkənin müdafiə sənayeləri arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş dəyirmi masada iştirak ediblər.
Modern.az xəbər verir ki, Ukrayna və Finlandiya şirkətləri Ukrayna və Avropanın ehtiyacları üçün Finlandiyada dronların hazırlanması və istehsalına dair sənədlər imzalayıblar.
Razılaşmalar həmçinin dəniz pilotsuz sistemləri sahəsində imkanların inkişaf etdirilməsini və yerüstü robotlaşdırılmış komplekslərin istehsalı üzrə müəssisənin yaradılmasını nəzərdə tutur.
Zelenski bildirib ki, Ukrayna müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün döyüş təcrübəsini Finlandiyanın texnologiyaları ilə birləşdirir.