Modern.az

Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batıb

Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batıb

Hadisə

Bu gün, 14:20

Qara dənizdə, Rumıniyanın Konstansa limanından təxminən 24 kilometr aralıda “Khoryv” ticarət gəmisi batıb.

Modern.az Rumıniyanın TVR telekanalına istinadən xəbər verir ki, hadisə oktyabrın 23-də baş verib.

Göyərtədə 13 nəfər, 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub. İlkin məlumatlara görə, 9 dənizçi xilas edilib, 1 nəfər həlak olub, daha 3 nəfər itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlverişsiz hava şəraiti və zəif görünüş əməliyyatı çətinləşdirir.

Azərbaycan vətəndaşlarının xilas edilənlər, ölən və ya itkin düşənlər arasında olub-olmadığı barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Dəhşətli hücum hazırlığı başladı - İran vurulacaq?