Modern.az

Müdafiə Nazirliyi erməniləri TƏKZİB ETDİ: Ərazi itkisinə yol verilməyib

Müdafiə Nazirliyi erməniləri TƏKZİB ETDİ: Ərazi itkisinə yol verilməyib

Hadisə

12 İyul 2020, 18:58

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi ilə bağlı yayılan məlumatı təkzib edib.

Modern.az-ın məlumatına görə, V.Dərgahlı bildirib:

"Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır".

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...