Modern.az

London-İslamabad təyyarəsi Bakıya təcili eniş etdi

London-İslamabad təyyarəsi Bakıya təcili eniş etdi

Hadisə

3 Mart 2023, 08:36

“Virgin Atlantic” aviaşirkətinin London-İslamabad reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

 

Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

 

Məlumata görə, "Boeing 787-9" təyyarəsi yerli vaxtı ilə saat 07:37-də Bakı hava limanında uğurla eniş edib.

 

Qeyd edək ki, son 12 saat ərzində bu, Bakı hava limanına təcili eniş edən ikinci təyyarədir. Martın 2-də axşam saatlarında Banqkok-Amsterdam marşrutu üzrə hərəkət edən "Boeing 787” təyyarəsinin göyərtəsində sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən “EVA Air” aviaşirkəti həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sizə yeni x var
Keçid et
Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Müharibəyə hazırlıq