Modern.az

Bir ailənin həlak olduğu yanğından 2 nəfər sağ çıxıb

Bir ailənin həlak olduğu yanğından 2 nəfər sağ çıxıb

Hadisə

4 İyun 2025, 09:49

Xəbər verdiyimiz kimi, Sabirabad rayonu Muğangəncəli kəndində fərdi yaşayış evində baş vermiş yanğında bir ailənin dörd üzvü ölüb.

Yanğın nəticəsində 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, həyat yoldaşı 2002-ci il təvəllüdlü İmanova Şəfalı Rövşən qızı, övladları - 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı vəfat edib.

Modern.az APA-ya istinadən xəbər verir ki, ev sahibi, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızı, onun oğlu, 1983-cu il təvəllüdlü İmanov Ruslan Ağasəf oğlu yanğından xilas olub.

Ümumi sahəsi 240 kv.m olan 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi yanar konstruksiyaları ilə birlikdə tam yanıb.

Yanğın digər sahələrə və tikililərə keçməyib. Yanğın yanğındöndürənlər tərəfindən söndürülüb.

Yanğının baş vermə səbəbi aydınlaşdırılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?