Modern.az

Cəlilabadda ağır qəza: ölən var

Cəlilabadda ağır qəza: ölən var

Hadisə

21 İyun 2025, 20:40

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Modern.az xəbər verir ki, qəza Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2106” və “Mercedes” markalı minik avtomobilləri bir-biri ilə toqquşub. Güclü zərbə nəticəsində “VAZ”ın sərnişini – 1957-ci il təvəllüdlü, Göytəpə şəhər sakini Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində həyatını itirib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri ekspertiza və istintaq tədbirlərindən sonra məlum olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!