Modern.az

Avtomobil motobloka çırpıldı - Sərnişin öldü

Avtomobil motobloka çırpıldı - Sərnişin öldü

Hadisə

30 İyun 2025, 09:28

Yevlaxda minik avtomobilinin motobloka çırpılması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.

Modern.az xəbər verir ki, 1951-ci il təvəllüdlü Arzuman Səfərov dünən səhər saatlarında “Mercedes Benz 250” markalı minik avtomobili ilə hərəkətdə olarkən, qarşısında eyni istiqamətdə hərəkət edən 1955-ci il təvəllüdlü Hacıbala Kazımovun idarə etdiyi “Ural” markalı motoblokun arxa hissəsinə çırpılıb.

Zərbənin gücündən motoblokda olan sərnişin 1959-cu il təvəllüdlü Fəxriyyə Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkünn olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Sizə yeni x var
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!