Modern.az

İrəvanın sabiq meri saxlanıldı

İrəvanın sabiq meri saxlanıldı

Hadisə

Bu gün, 14:08

Ermənistanın paytaxtı İrəvanın sabiq meri, keçmiş nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, sabiq məmur vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ittihamları ilə üzləşib. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim olunub.

Qeyd edək ki, bundan bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı debatlar zamanı korrupsiya işlərində adı hallanan keçmiş məmurların hamısının məsuliyyətə cəlb ediləcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlıların olduğu gəmiləri kim vurdu? - Ölənlər sayı açıqlandı