Modern.az

Çempionlar Liqasının finalı onlara TAPŞIRILDI

Çempionlar Liqasının finalı onlara TAPŞIRILDI

İdman

23 May 2023, 07:33

Polşalı hakim Şimon Marçinyak UEFA Çempionlar Liqasının finalında "Mançester Siti" və "İnter" komandaları arasında keçiriləcək oyuna təyinat alıb.

 

Modern.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Şimon Marçinyaka həmyerliləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək edəcəklər. Rumıniyalılar Vasile Florin Marinesku və İştvan Kovaç müvafiq olaraq ehtiyat və dördüncü hakim təyin edilib.

 

VAR briqadasına polşalılar Tomas Kvyatkovski və Bartoş Frankovski, alman Marko Frits daxil olacaq.

 

Qeyd edək ki, final oyunu iyunun 10-da İstanbulda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV