Modern.az

Neymar rəsmən Səudiyyə klubunda

Neymar rəsmən Səudiyyə klubunda

İdman

15 Avqust 2023, 21:32

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu "Paris Saint-Germain" (PSJ) klubunun braziliyalı hücumçusu Neymarı transfer edib.

 

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Klub futbolçunun müqavilə imzalanmasına həsr olunmuş videonu təqdim edib. Qeyd olunur ki, yaxın vaxtlarda hücumçu yeni komandası ilə məşqlərə başlayacaq.

 

31 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

 

Transfer qiyməti məlum deyil. Təsdiq olunmayan məlumata görə, klub braziliyalının transferi üçün 90 milyon avro ödəməyə razılaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV