Modern.az

Fransada üzgüçülük yarışı LƏĞV EDİLDİ

Fransada üzgüçülük yarışı LƏĞV EDİLDİ

İdman

20 Avqust 2023, 18:43

Fransada üzgüçülük yarışı ləğv edilib.

 

Modern.az AFP agentliyinə istinadən xəbər verir ki, avqustun 17-dən 20-dək Parisdə keçirilən triatlon çempionatının təşkilatçıları Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən yarışdan imtina ediblər.

 

Bundan əvvəl Beynəlxalq Üzgüçülük Federasiyası avqustun 6-da Parisdə keçirilən Dünya Kubokunu Sena çayının həddindən artıq çirklənməsinə görə ləğv edib.

 

Mütəxəssislər yenidən suda E. coli (Escherichia coli) miqdarının artdığını qeyd ediblər. Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına görə suda bu bakteriyanın maksimal səviyyəsi 100 ml suya 1 min CFU (koloniya əmələ gətirən vahidlər) təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!