Modern.az

“Qarabağ” – “Sumqayıt” oyununun stadionu dəyişdirildi

“Qarabağ” – “Sumqayıt” oyununun stadionu dəyişdirildi

İdman

25 Sentyabr 2023, 15:44

Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununun yeri dəyişdirilib.

 

Modern.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda deyil, “Azersun Arena”da keçiriləcək.

 

PFL-ə müraciət edən Ağdam klubu mərkəzi arenadakı təmir-bərpa işləri ilə əlaqədar görüşün yerinin dəyişdirilməsini xahiş edib.

 

Klubun rəsmi müraciətini, Respublika Stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan qurum “Qarabağ”ın istəyinə müsbət cavab verib.

 

Görüşün günü və saatı ilə bağlı isə heç bir dəyişiklik yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV