Modern.az

Azərbaycan Gürcüstandakı enerji böhranı zamanı operativ dəstək verib

Azərbaycan Gürcüstandakı enerji böhranı zamanı operativ dəstək verib

Ölkə

Bu gün, 11:44

Bu ilin iyul ayında Gürcüstanın enerji sistemində baş vermiş böhran zamanı Azərbaycan qonşu ölkəyə operativ dəstək göstərib.

Modern.az xəbər verir ki, bu barədə Siqnaxi şəhərində keçirilən Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında məlumat verilib.

Bildirilib ki, dəstək Gürcüstan tərəfinin müraciəti əsasında göstərilib. İclasda elektroenergetika sahəsində qarşılıqlı fəaliyyətin uğurla davam etdiyi vurğulanıb.

Tərəflər bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivlərini də müzakirə ediblər. Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə Avropaya yaşıl enerjinin nəqlini nəzərdə tutan dəhlizin yaradılması istiqamətində aparılan işlərin əhəmiyyəti qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?